Premyer Liqada mövsümün tamaşaçı rekordları qeydə alındı

 Premyer Liqada mövsümün tamaşaçı rekordları qeydə alındı

Futbolü zrə Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordları qeydə alınıb.

"Mediasport" xəbər verir ki, bu, çempionatın 12-ci turuna təsadüf edib.

“Sumqayıt” – “Qarabağ” qarşılaşması (2:4) mövsümün ən çox tamaşaçı toplayan görüşü olub.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən matçı arenadan 9100 izləyici yer alıb.

Bu görüşə qədər mövsümün rekordu X turun “Turan Tovuz” – “Şamaxı” matçına (2:1) təsadüf etmişdi. Tovuz şəhər stadionundakı oyunda 5800 seyrçi olub.

XII turun ilk gününün Yevlax şəhər stadionunda keçirilən “Karvan Yevlax” – “Kəpəz” görüşündə (1:2) isə 4000 tamaşaçı olub.

Bununla da turun arxada qalan matçlarını 13100 nəfər izləyib. Bu, digər 4 qarşılaşmadan asılı olmayaraq mövsümün ən çox tamaşaçı toplayan turu olub.

Əvvəlki rekord 10720 izləyicinin olduğu X turda yaşanmışdı.