Azərbaycanlı hakimə Avropada yüksək etimad göstərildi

Avropa Karate Federasiyası Azərbaycan Karate Federasiyasının Hakimlər Komitəsinin sədri Cahangir Babayevə yüksək etimad göstərib.
"Mediasport" xəbər verir ki, beynəlxalq dərəcəli hakim Avropa Karate Federasiyasının Hakimlər Komitəsinə üzv seçilib.
O, Avropa Karate Federasiyasının Hakimlər Komitəsində 7 üzvdən biri olacaq.