Federasiya prezidenti şahzadə Rəşid bin Əl Həsənlə görüşdü

Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov İordaniya Taekvondo Federasiyasının prezidenti şahzadə Rəşid bin Əl Həsənlə görüşüb.
"Mediasport" xəbər evrir ki, görüşdə Azərbaycan və İordaniyada taekvondonun inkişafı sahəsində görülən işlərdən, əldə edilmiş nailiyyətlərdən danışılıb, idmanın bu növünün populyarlığının artırılması məqsədilə hər iki federasiya arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti qeyd edilib və geniş fikir mübadiləsi aparılıb.
Sonda taekvondonun inkişafı sahəsində əməkdaşlığın gücləndirilməsi haqqında Əməkdaşlıq memorandumu imzalanıb.
Memorandum çərçivəsində Azərbaycan və İordaniya arasında taekvondo əlaqələrinin gücləndirilməsi məqsədilə qarşılıqlı təlim-məşq toplanışları, seminarlar, idmançı və məşqçilərin təcrübə mübadiləsi və digər məsələlər üzrə əməkdaşlıq nəzərdə tutulur.