III MDB Oyunları: Yığmamızın üzvləri ilk gün 11 medal qazandı

 III MDB Oyunları: Yığmamızın üzvləri ilk gün 11 medal qazandı

Azərbaycanın üç taekvondoçusu III MDB Oyunlarında qızıl medal qazanıb.

"Mediasport" xəbər verir ki, Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən yarışlarda təmsilçilərimizdən Humay Dadaşova (46 kiloqram), Məryəm Məmmədova (53 kiloqram) və Ziya Həsənli (63 kiloqram) bütün rəqiblərinə qalib gəliblər.

Ümid Rəhimzadə (54 kiloqram) ilə Elcan Əliyev (74 kiloqram) gümüş mükafat əldə ediblər.

Tamerlan Yaqubov (54 kiloqram), Allahverdi Məmmədov və Zeynal Əliyev (hər ikisi 87 kiloqram), Səlimə Quliyeva (46 kiloqram), Nilufər Borci (53 kiloqram) və Nərgiz Kazımova (62 kiloqram) isə "bürünc"lə kifayətləniblər.

Beləliklə, Azərbaycan taekvondoçuları yarışın ilk günündə 3 qızıl, 2 gümüş və 6 bürünc medala sahib çıxıblar.