Qaşım Maqomedovdan dünya çempionatında bürünc medal
Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Çinin Uşi şəhərində keçirilən dünya çempionatında medalçı olub.
"Mediasport" xəbər verir ki, 58 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız bürünc mükafat əldə edib.
O, medala gedən yolda Abdul Vahid (Hindistan), Omonjon Otajonov (Özbəkistan), Lev Korneyev (Serbiya) və Yusuf Badəm (Türkiyə) üzərində qələbə qazanıb.
DÇ-yə 9 taekvondoçu ilə yollanan komandamızın heyətində Bəhruz Quluzadə (54 kq), Fuad Təhməzov (63 kq), Riyad Şirəliyev (68 kq), Cavad Ağayev (74 kq), Taleh Süleymanov (80 kq), Eltac Qafarov (87 kq), Minayə Əkbərova (46 kq) və Səmərrux Osmanova (49 kq) da mübarizə aparacaq.
Mundiala oktyabrın 30-da yekun vurulacaq.
