Azərbaycanlı futbolçunun atası Xəzər dənizində boğuldu - FOTO

Xəzər dənizinin Sumqayıtdan keçən hissəsində bədbəxt hadisə baş verib.
"Mediasport" xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
"Sumqayıt" klubunun keçmiş futbolçusu Nicat Muxatrovun atası Asif Muxtarov dənizdə çimərkən batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, Nicat Muxtarov 2017-ci ildə Sumqayıtda kabel oğurluğuna görə həbs edilmişdi.