Şahruddin Zubirlə görüşdü
“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev keçmiş komanda yoldaşı Abdullah Zubirlə görüşüb.
"Mediasport" xəbər verir ki, qolkiper bununla bağlı sosial şəbəkə hesabında paylaım edib.
8 il Ağdam klubunun formasını geyinmiş mərakeşli vinger də sabiq komanda yoldaşının paylaşımını səhifəsinə yerləşdirərək “Səni görmək həmişə xoşdur, mənim əsl qardaşım” sözlərini yazıb.
Xatırladaq ki, Zubir avqustda “Qarabağ”dan ayrılaraq Səudiyyə Ərəbistanının 1-ci Liqasında yarışan “Əl-Oruba” klubuna keçib.

