Dünya futbolu tarixində bütün zamanların ən yaxşı "11-liy"i?

Nüfuzlu "FourFourTwo" nəşri bütün zamanların ən yaxşı futbolçularından ibarət "11-lik" hazırlayıb.
"Mediasport" xəbər verir ki, rəmzi komandada hazırda karyerasını davam etdirənlərdən Kriştianu Ronaldu, Lionel Messi və Manuel Noyer yer alıb.
Maraqlıdır ki, braziliyalı əfsanəvi hücumçu Ronaldo Nazario siyahiya salınmayıb.
Qapıçı: Manuel Noyer;
Müdafiəçilər: Karlos Alberto Torres, Paolo Maldini, Bobbi Mur, Franko Barezi;
Yarımmüdafiəçilər: Lotar Matteus, Andres İnyesta, Dieqo Maradona;
Hücumçular: Pele, Lionel Messi, Kriştianu Ronaldu.