2024-cü ildə bilet satışından ən çox qazanan ölkələr - SİYAHI

2024-cü ildə bilet satışından ən çox qazanan ölkələr - SİYAHI

UEFA 2024-cü ildə Avropada daxili çempionatlar və avrokubok matçlarında bilet satışından ən çox gəlir əldə edən ölkələrin reytinq siyahısını dərc edib.

"Mediasport" xəbər verir ki, sıralamanın lideri İngiltərədir.

Böyük Britaniya ölkəsində futbol yarışları ümumilikdə son bir il üçün milyarda yaxın qazanc gətirib.

Kifayət qədər azarkeşi olan Türkiyə klubları 87 milyon avro göstərici ilə "10-luq"da sonuncudur.


2024-cü ildə bilet satışından ən çox qazanan ölkələr


1.İngiltərə – 995 milyon avro;

2.İspaniya – 580 milyon avro;

3.Almaniya – 519 milyon avro;

4.İtaliya – 425 milyon avro;

5.Fransa – 421 milyon avro;

6.Niderland – 178 milyon avro;

7.Şotlandiya – 130 milyon avro;

8.Belçika – 100 milyon avro;

9.İsveçrə – 94 milyon avro;

10.Türkiyə - 87 milyon avro