Bu həftə Bakıda Böyük İpək Yolu beynəlxalq boks turniri başlanacaq

Bakıda qadın və kişi boksçular arasında Böyük İpək Yolu beynəlxalq turniri keçiriləcək.
"Mediasport" xəbər verir ki, Boks Mərkəzində təşkil olunacaq ənənəvi yarışda Azərbaycan, Tacikistan, Özbəkistan, Kamboca, Monteneqro, Qırğızıstan, Gürcüstan, Rusiya və Qazaxıstan milli komandaları mübarizə aparacaqlar.
Turnir aprelin 11-də start götürəcək, qaliblər aprelin 15-də müəyyənləşəcək.
Yarışda 200-dən çox boksçu 25 dəst medal uğrunda döyüşəcək.
Azərbaycan kişilərin yarışında 45, qadınların mübarizəsində 11 boksçu ilə təmsil olunacaq.
Anar Babanlı turnirdə baş hakim olacaq.