Azərbaycan milli komandası dünya çempionatının yarımfinalında

Minifutbol üzrə Azərbaycan milli komandası Bakıda ilk dəfə təşkil olunan dünya çempionatında yarımfinala çıxıb.
"Mediasport" xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv 1/4 finalda İngiltərə seçməsi ilə qarşılaşıb.
Rəqib üzərində əzmkar qələbə (2:1) qazanan futbolçularımız mundialın yarımfinalına vəsiqə əldə ediblər.
Komandamız final yolunda Monteneqro yığması ilə üz-üzə gələcək.
Digər yarımfinal cütündə Macarıstanla Serbiya görüşəcək.
Yarımfinal matçları sabah baş tutacaq.
DÇ-yə iyunun 1-də yekun vurulacaq.