Braziliyalı qapıçı Azərbaycanda
Yeni mövsümün hazırlığını davam etdirən “Araz-Naxçıvan” daha bir futbolçu ilə anlaşıb.
"Mediasport" xəbər verir ki, komanda braziliyalı qapıçı Artur Auqusto Da Silva ilə müqavilə bağlayıb.
27 yaşlı cənubi amerikalı ilə anlaşma 1 mövsümlük nəzərdə tutulub.
O, karyerası ərzində Braziliyanın “Desportivo Braziliya”, Portuqaliyanın “Oliveyrense”, “Feyrense” klublarının qapısını qoruyub.
Auqusto son olaraq İndoneziyanın “Semen Padanq” komandasında çıxış edib.
Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssuf Paro, Mustafa Əhmədzadə və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.


