“Turan Tovuz” çempionatda yeni rekordun bir addımlığında

 “Turan Tovuz” çempionatda yeni rekordun bir addımlığında

“Turan Tovuz” Misli Premyer Liqasının 2025/26 mövsümündə 14-cü qələbəsini qazanıb.

"Mediasport" xəbər verir ki, qərb təmsilçisi evdə “Qəbələ”ni 3:2 hesabı ilə məğlub edib.

Tovuz klubu bununla da Premyer Liqada bir mövsümdəki qələbə sayında öz rekordunu təkrarlayıb.

4-cü dəfə yüksək dəstədə mübarizə aparan “Turan Tovuz” ötən mövsümdə də 14 dəfə qalib gəlib.

Çempionatın sonuna 8 tur qalmış bu rekorda çatan komanda növbəti qələbə ilə göstəricini yeniləyəcək.