"Qarabağ"ın argentinalını transfer edə bilməməsinin səbəbi açıqlandı

"Qarabağ"ın qış fasiləsində Bolqarıstanın Yüksək Liqa təmsilçisi “Beroe” klubunun futbolçusu Leandro Qodoyu transfer edə bilməməsinin səbəbi məlum olub.
"Mediasport" xəbər verir ki, Zaqora təmsilçisi argentinalı fovardın keçidi üçün tələb etdiyi məbləği artırıb.
Bolqarıstan mətbuatının iddiasına görə, "Beroe" cənubi amerikalıdan ötrü 2 milyon avro istəyincə, keçiddə maraqlı olan "Qarabağ", həmçinin Moskva "Lokomotiv"i və Birləşmiş Ərəb Əmirliklərinin “Şarja” klubu geri addım atıb.
Üstəlik, hücumçunun Avropa pasportunun olmaması tərəfləri həvəsdən salıb.
Qeyd edək ki, vətənində nəhəng "Boka Xunyors"un yetirməsi olan 24 yaşlı Leandronun “Beroe” ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.