Çempionlar Liqasının qalibi təltifetmə mərasiminə məşhur Azərbaycan mahnısı ilə çıxdı

 Çempionlar Liqasının qalibi təltifetmə mərasiminə məşhur Azərbaycan mahnısı ilə çıxdı

"Əl Əhli" Asiya Çempionlar Liqasının finalında Yaponiyanın "Maşida Zelvia" klubunu məğlub edərək (1:0) turnirin qalibi olub.

"Mediasport" xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisinin futbolçusu Merih Demiral çempionluq mərasimində stadiona "Çırpınırdı qara dəniz" mahnısının müşayiəti ilə çıxıb.

Türkiyə milli komandasının üzvünün seçimi sosial mediada geniş yayılıb və rəğbətlə qarşılanıb.

Azərbaycan Respublikasının Xalq artisti Azərinin ifasında məşhurlaşan mahnının sözləri Əhməd Cavada, musiqisi Üzeyir Hacıbəyliyə məxsusdur.

View this post on Instagram

A post shared by 61 Punto (@61punto)