Çempionluğa iddialı "Lənkəran" Qaxda darmadağına məruz qaldı

Çempionluğa iddialı "Lənkəran" Qaxda darmadağına məruz qaldı

AFFA Region Liqasında 1/4 finalın ilk oyunları keçirilib.

"Mediasport" xəbər verir ki, çempionluğa iddialı kollektivlərdən "Lənkəran" gözlənilmədən Qaxda darmadağına məruz qalıb.

Cənub təmsilçisi “Şəfəq”lə matçda qapısından 6 cavabsız top buraxıb.

Digər görüşlərdə "Biləsuvar" "Samur"a (3:0), "Zəngəzur" "Xəzər"ə (Ağcabədi, 5:3), "Marafon" isə "Ramana"ya (4:0) qalib gəlib.

Cavab qarşılaşmaları 2 gün sonra baş tutacaq.