Region Liqasında 1/4 final matçlarının saatları açıqlandı

AFFA Region Liqasında 1/4 final mərhələsinin ilk oyunlarının başlanma saatları açıqlanıb.
"Mediasport" xəbər verir ki, raundun ilk qarşılaşmaları eyni gündə - mayın 4-də keçiriləcək.
Çempionluq uğrunda mübarizəsini davam etdirən 8 komanda arasında cavab qarşılaşmaları bir həftə sonra baş tutacaq.
AFFA Region Liqası. 1/4 final
14:00 “Şirvan” FK - “Marafon” İK
Şirvan Olimpiya Kompleksinin stadionu
16:00 “Göyəzən” PFK - “Record Club”
Qazax şəhər stadionu
16:30 “Çinar Zəngilan” FK - “Xankəndi” FK
ASCO Arena
17:00 “Ağstafa Gəncləri” - “Naftalan” FK
Ağstafa şəhər stadionu