AFFA daha bir komandanı Azərbaycan çempionatından qovdu
AFFA İntizam Komitəsi daha bir klubu Region Liqasından kənarlaşdırıb.
"Mediasport" xəbər verir ki, qərar qurumun bugünkü toplantısından sonra açıqlanıb.
“Beyləqan”la oyunda təyin edilən vaxtda meydanda olmayan ”Bakı” TFK çempionatdan uzaqlaşdırılıb.
Bakı klubu analoji qayda pozuntusuna mövsümdə üçüncü dəfə yol verdiyi üçün bu qərar çıxarılıb.
Paytaxt təmsilçisinə, həmçinin 0:3 hesablı texniki məğlubiyyət verilib.
