"Neftçi"nin sabiq futbolçusu AFFA Region Liqasında oynayacaq

"Neftçi"nin sabiq futbolçusu AFFA Region Liqasında oynayacaq

"Neftçi"nin sabiq futbolçusu Eşqin İsmayılov karyerasını AFFA Region Liqasında davam etdirəcək.

"Mediasport" xəbər verir ki, 29 yaşlı müdafiəçi "Göyəzən" komandasında forma geyincək.

İsmayılovla 1 illik müqavilə bağlanıb.

Xatırladaq ki, Eşqin "Turan Tovuz" və tarixə qovuşmuş AZAL-da da oynayıb.