Region Liqasının qalibi və medalçı klublar məlum oldu - YENİLƏNDİ

AFFA Region Liqasında çempion və medalçı komandalar müəyyənləşib.
"Mediasport" xəbər verir ki, final görüşü və 3-cü yer uğrunda matçlar Qəbələdə baş tutub.
Həlledici qarşılaşma Qəbələ şəhər stadionunun əsas meydançasında keçirilib.
"Şirvan"a qalib gələn "Xankəndi" çempion olub və 2-ci Liqaya vəsiqə əldə edib.
Reqlamentə əsasən, şirvanlı futbolçular II Liqanı 13-cü sırada tamamlayan “Lerik”lə pley-off matçına çıxacaqlar.
Region Liqasının bürünc medallarını isə "Ağstafa Gəncləri" əldə ediblər.
AFFA Region Liqası
III yer uğrunda oyun
“Göyəzən” - “Ağstafa Gəncləri” 2:5
Hakimlər: Emin Əliyev, Şirmamed Mamedov, Kərim Zeynalov, Əli Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
Qəbələ şəhər stadionu
Final
“Şirvan” - “Xankəndi” 0:3
Hakimlər: Cavid Cəlilov, Zöhrab Abbasov, Teymur Teymurov, Əli Əliyev
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Rəhim Həsənov
Qəbələ şəhər stadionu