Mübariz Mənsimov Lənkəranda özünə məxsus stadionu satdı
Türkiyədə yaşayan tanınmış iş adamı Mübariz Mənsimov Lənkəran şəhər stadionu ilə bağlı son qərarını verib.
Mötəbər mənbədən "Mediasport"a verilən məlumata görə, "Palmali" Şirkətlər Qrupunun rəhbəri sahibi olduğu özəl mülkü satıb.
İllərdir baxımsız vəziyyətdə qalan 15 min yerlik idman qurğusunun AFFA-ya satıldığı ehtimal edilir, məlumatı dəqiqləşdirməyə çalışırıq.
Xatırladaq ki, stadion 2006-cı il avqustun 11-də Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.
Arena 2016-cı ildən - "Xəzər Lənkəran" Futbol Klubu fəaliyyətini dayandırandan baxımsız qalıb.
Mətbuatda bir neçə ildir ki, Mübariz Mənsimovun klubu bərpa etməyə hazırlaşdığı yazılırdı.

