"Sabah" yeni müqavilə bağladı
“Sabah” qapıçı Stas Pokatilovla yeni müqavilə imzalayıb.
"Mediasport" xəbər verir ki, qazaxıstanlı qolkiperlə yeni anlaşmanın müddəti 1 ildir.
O, 2025-ci ilin yanvar ayından “Sabah”ın uğurları üçün çalışır.
33 yaşlı qapıçı "bayquşlar"ın heyətində 61 oyun keçirib.


