Oyunun ən yaxşı futbolçusuna 55 kq təzə kartof hədiyyə etdilər

Danimarka futbolunda maraqlı hadisə qeydə alınıb.
"Mediasport" xəbər verir ki, Super Liqanın 3-cü turunun "Sonnerisk" - "Norşellan" oyunundan sonra futbolçuya bir araba kartof veriblər.
Matçın ən yaxşısı seçilən meydan sahiblərinin fransız müdafiəçi Maksim Sulyaya 55 kq təzə çıxarılmış kartof hədiyyə olunub.
90 dəqiqə yüksək performans nümayiş etdirmiş 26 yaşlı futbolçu komandasının 3:2 hesabı ilə qalib gəldiyi qarşılaşmanın 10-cu dəqiqəsində qol da vurub.