İlham Əliyev Gəncə şəhər stadionunun açılışını etdi

Prezident İlham Əliyev Gəncə şəhər stadionunun açılışında iştirak edib.
"Mediasport" xəbər verir ki, dövlət başçısına stadion barədə məlumat verilib.
Bildirilib ki, ərazisi 10 hektardan çox olan stadionun tamaşaçı tutumu 15 min 343 nəfərdir.
Ərazidə AFFA tərəfindən köməkçi məşq meydançaları və futbol akademiyasının binası tikilib.
Stadionda futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar və digər zəruri sahələr yaradılıb.
UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa edilən arena müasir işıqlandırma, səs, yayım, internet, təhlükəsizlik sistemləri ilə təchiz olunub.
Qeyd edək ki, Prezident İlham Əliyev 2023-cü ilin oktyabrında stadionun tikintisi ilə bağlı Sərəncam imzalayıb.
Təməli isə ötən ilin aprelində dövlətimizin başçısı tərəfindən qoyulub.