AFFA Azərbaycan çempionatı oyunlarını növbəti dəfə təxirə saldı

 AFFA Azərbaycan çempionatı oyunlarını növbəti dəfə təxirə saldı

AFFA U-8, U-9, U-10, U-11, U-12, U-13 və U-14 Liqalarının oyunları təxirə salınıb.

"Mediasport" xəbər verir ki, buna qeyri-sabit hava şəraiti səbəb olub.

Martın 1-2-də bütün zonalar üzrə keçirilməsi planlaşdırılan görüşlər təxirə düşüb.

Matçlar qeyri-müəyyən vaxta keçirilib.

Qeyd edək ki, liqalarda ötən tur görüşləri də qeyri-sabit hava şəraiti səbəbindən təxirə salınmışdı.