"Zirə" Qazaxıstan yığmasının iki futbolçusunu transfer etdi

"Zirə" Qazaxıstan yığmasının iki futbolçusunu transfer etdi

Minifutbol üzrə Azərbaycan çempionatının favoritlərindən "Zirə" heyətinə legioner futbolçular cəlb edib.

"Mediasport"a verilən məlumata görə, paytaxt təmsilçisi ölkə birinciliyinin yarımfinal görüşlərindən öncə Qazaxıstandan iki legioner gətirib.

Bunlar 39 yaşlı Aleksandr Kislitsin və 28 yaşlı Temirlan Adilovdur. Hər ikisi Qazaxıstanın minifutbol milli komandasının üzvləridir.

Transferdə məqsəd heyəti daha da gücləndirib "Birbaşa Bakı"nın Azərbaycan çempionatında hegemonluğuna son qoymaqdır.

Temirlan Adilov "Aznur"la cavab qarşılaşmasında qol da vurub.

Qeyd edək ki, Azərbaycan minifutbol millisinin baş məşqçisi Elşad Quliyevin çalışdırdığı "Zirə" ölkə birinciliyinin finalında məhz dəyişməz çempion "Birbaşa Bakı" ilə üz-üzə gələcək.

Həlledici matç martın 11-də keçiriləcək.