Azərbaycan çempionatında finalçı komandalar müəyyənləşdi
Minifutbol üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
"Mediasport" xəbər verir ki, bununla da finala vəsiqə qazanan komandalar müəyyənləşib.
Həlledici görüşdə gözlənildiyi kimi, "Zirə" və "Birbaşa Bakı" kollektivləri üz-üzə gələcəklər.
Final qarşılaşması aprelin 3-də Bakı Tennis Akademiyasının meydançasında baş tutacaq.
Üçüncü yer uğrunda dueldə isə "Sumqayıt"la "Aznur" komandaları görüşəcək.
