Azərbaycan çempionu məlum oldu

Minifutbol üzrə Azərbaycan çempionatında 2024/2025-ci illər mövsümünə yekun vurulub.
"Mediasport" xəbər verir ki, "Birbaşa" 4-cü dəfə Azərbaycan çempionu adını qazanıb.
Komanda həlledici qarşılaşmada "Zirə"yə qalib gəlib - 2:0.
Ölkə birinciliyinin bürünc medalları isə “Aznur”a qismət olub. Rəcəb Fərəczadənin baş məşqçisi olduğu kollektiv “Galaxy” ilə əsas vaxtı 0:0 başa çatan görüşü penaltilər seriyasında qazanıb - 3:1.