"Neftçi" "Sabah"la mərkəzi matça 8 oyunçusu olmadan hazırlaşır

"Neftçi" "Sabah"la mərkəzi matça 8 oyunçusu olmadan hazırlaşır

Azərbaycan Premyer Liqasının 4-cü turunda “Sabah”la qarşılaşacaq “Neftçi” hazırlığı davam etdirir.

"Mediasport" xəbər verir ki, məşqləri “Palms Sports” Futbol Mərkəzində edən "ağ-qaralar"ın heyətində bir neçə futbolçu milli komandalarının düşrəgəsindədir.

Emin Mahmudov, Rza Cəfərov, Elvin Bədəlov, Murad Məmmədov, Ağadadaş Salyanski, Edvin Kuç, Alessio Kurçi və Sessi D’Almeyda hazırlıq prosesində iştirak etmirlər.

Xatırladaq ki, "Neftçi" - "Sabah" oyunu sentyabrın 14-də “Palms Sports Arena”da keçiriləcək və saat 19:00-da başlanacaq.

Samir Abasovun komandası 3 turdan sonra qələbə qazanmayıb.

"Şamaxı" və "İmişli ilə heç-heçə (1:1, 0:0) paytaxt təmsilçisi "Turan Tovuz"a uduzub (0:1).