Rusiya klubunun azarkeşlərindən Kurban Berdıyevə XÜSUSİ JEST

Rusiya klubunun azarkeşlərindən Kurban Berdıyevə XÜSUSİ JEST

Rusiyanın "Rubin" klubunun azarkeşləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyevə maraqlı jest ediblər.

"Mediasport" xəbər verir ki, 72 yaşlı mütəxəssisin adı Kazan təmsilçisinin ev oyunlarını keçirdiyi "Ak Bars Arena" stadionunun sektorlarından birinə veriləcək.

Səsvermədə iştirak edən azarkeşlər ideyanı dəstəkləyiblər.

Qeyd edək ki, "Rubin" Berdıyevin rəhbərliyi altında iki dəfə Rusiya çempionu, ölkə kuboku və Superkubokun qalibi olub.

Ötən ildən "Turan Tovuz"u çalışdıran türkmənistanlı məşqçi 2001-2013, 2017-2019-cu illərdə “Rubin”n baş məşqçisi, 2004-2012-ci illərdə isə klubun vitse-prezidenti vəzifəsində çalışıb.