"Neftçi"nin Əbu-Dabidə qış təlim-məşq toplanışı start götürdü

 "Neftçi"nin Əbu-Dabidə qış təlim-məşq toplanışı start götürdü

Birləşmiş Ərəb Əmirliklərinə yollanan "Neftçi" Əbu-Dabidə qış təlim-məşq toplanışına start verib.

"Mediasport" xəbər verir ki, "ağ-qaralar"ın ilin ilk məşqində yığmanın düşərgəsində olan Sessi D`Almeydadan başqa hamı iştirak edib.

Paytaxt klubu burada 3 yoxlama oyunu keçirəcək.

Rəqiblər yanvarın 9-da "Kayrat" (Qazaxıstan), 13-də "Piramids" (Misir), 16-da isə "Çenqdu Ronqçenq" (Çin) klubları olacaq.

Toplanışı yanvarın 17-dək davam edəcək.