3 il "Lion"da, daha sonra La Liqada oynamış braziliyalı "Turan Tovuz"da

3 il "Lion"da, daha sonra La Liqada oynamış braziliyalı "Turan Tovuz"da

"Turan Tovuz" son olaraq İspaniya La Liqasında "Valyadolid"in formasını geyinmiş sol cinah müdafiəçisini transfer edib.

"Mediasport" xəbər verir ki, 31 yaşlı Enrike Silva Milaqreslə 2 illik müqavilə imzalanıb.

Braziliyalı karyerası ərzində 3 mövsüm Liqa 1 klubu "Olimpik"in (Lion) heyətində də top qovub.

31 yaşlı "sambaçı" ölkəsinin U-20 milli komandasında da çıxış edib.