Əfran İsmayılov öz uğursuzluğunu baş məşqçini dəyişməkdə gördü - Həşimovun yerinə məşqçi gətirdilər

Əfran İsmayılov öz uğursuzluğunu baş məşqçini dəyişməkdə gördü - Həşimovun yerinə məşqçi gətirdilər

Premyer Liqanın autsayderi "Şəfa" baş məşqçi dəyişikliyinə hazırlaşır.

Klubdan "Mediasport"a verilən məlumata görə, paytaxt təmsilçisinin vitse-prezidenti Əfran İsmayılov Zaur Həşimova əvəz tapıb.

Bildirilir ki, qısa müddətdə adı əsasən klubdaxili qalmaqallarda çəkilən veteran futbolçu rəhbərliyi baş məşqçini yola salmaqla uğursuzluq zolağından çıxa biləcəklərinə inandırmağa nail olub.

Futbola biznes sahəsindən gətirilmiş yeni rəhbər Kənan Sadıqlı heyəti keyfiyyətsiz legionerlərlə dolduran İsmayılovun şirin vədinə inanaraq razılıq verib.

Yeni baş məşqçinin təyinatı an məsələsidir.

Xatırladaq ki, Premyer Liqada 12 tura cəmi 5 xal toplayan "Şəfa" turnir cədvəlində sonuncu olan "Araz-Naxçıvan"ı 1 xal qabaqlayır.