Yığmamız Cəbəllütariq səfərində qələbə qazandı - AVRO-2027

Yığmamız Cəbəllütariq səfərində qələbə qazandı - AVRO-2027

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

"Mediasport" xəbər verir ki, B qrupunda yer alan Rəşad Eyyubovun rəhbərlik etdiyi kollektiv Cəbəllütariqin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

“Europa Point Stadium”da keçirilən görüş futbolçularımızın minimal hesablı qələbəsilə yekunlaşıb.

5 tura ilk qalibiyyətini əldə edən yığmamız 5 xalla qrupda 5-ci pillədə qərarlaşıb.


AVRO-2027. Seçmə mərhələ. B qrupu


Cəbəllütariq - Azərbaycan 0:1

Qol: Murad Məmmədov, 54.

Baş hakim: Andrei Çivulete

Yan xətt hakimləri: Radu Ginkuleaç, Mihaita Nekula

Dördüncü hakim: George Katalin Roman (hakimlər briqadası Rumıniyadandır)

“Europa Point Stadium”.