"Neftçi"dən milliyə gedən futbolçu Mbappeyə deyib ki... - AÇIQLAMA

"Neftçi"dən milliyə gedən futbolçu Mbappeyə deyib ki... - AÇIQLAMA

Dünən DÇ-2026-nın seçmə qrup mərhələsi çərçivəsində baş tutan Fransa - Azərbaycan oyununun gedişində Kilian Mbappe və Elvin Bədəlov arasında maraqlı dialoq yaşanıb.

"Mediasport" xəbər verir ki, "Neftçi"nin müdafiəçisi "Real"ın ulduzu ilə nə danışdıqlarını açıqlayıb.

Bədəlov forvardla zədə barədə danışdıqlarını və ona tövsiyə verdiyini bildirib:

“Əslində zədə ilə bağlı ondan əvvəl də söhbətləşirdik. Elə oldu ki, ayağı ağrıdı. Ona dedim ki, ağrıyırsansa, əvəzetmə istə, sən də rahat ol, biz də. Cavab verdi ki, “ağrım var, bir azdan əvəzetmə istəyəcəyəm”. Başqa söhbət olmayıb”.

Xatırladaq ki, Mbaeppe zədəyə görə 83-cü dəqiqədə əvəzlənib və onun yerinə meydana daxil oluan Florian Tovin 1 dəqiqə sonra yekun hesabı müəyyənləşdirib - 3:0.