Çexiyanı da məğlub edən Farer adaları millisi DÇ-yə yaxınlaşır

Futbol üzrə DÇ-2026-nın seçmə mərhələ görüşləri davam edir.
"Mediasport" xəbər verir ki, Avropa zonasında daha 4 qrupda 8 qarşılaşma baş tutub.
Seçmə mərhələdə sürpriz çıxışları ilə diqqət çəkən Farer adaları milli komandası bu tur da böyük sensasiyaya imza atıb.
Ötən tur Monteneqro yığmasını darmadağınla yola salan "cırtdan ölkə" bu dəfə daha güclü rəqibini - Çexiya seçməsini məğlub edib.
Komanda noyabrda son turda səfərdə Xorvatiya yığması ilə qarşılaşacaq.
DÇ-2026. Avropa zonası. Seçmə mərhələ
C qrupu
Şotlandiya - Belarus 2:1
Danimarka – Yunanıstan 3:1
Xal durumu: Danimarka - 7, Şotlandiya - 7, Yunanıstan - 3, Belarus - 0
G qrupu
Niderland - Finlandiya 4:0
Litva - Polşa 0:2
Xal durumu: Niderland - 13 (5 oyun), Polşa - 10 (5), Finlandiya - 10 (6), Litva - 3 (6 oyun), Malta - 2 (6 oyun).
H qrupu
San Marino - Kipr 0:4
Rumıniya - Avstriya 1:0
Xal durumu: Avstriya - 15 (6 oyun), Bosniya və Herseqovina - 13 (6), Rumıniya - 10 (6), Kipr - 5 (6), San Marino - 0 (6)
L qrupu
Farer adaları - Çexiya 2:1
Xorvatiya - Cəbəllütariq 3:0
Xal durumu: Xorvatiya - 16 (6 oyun), Çexiya - 13 (7), Farer adaları - 12 (7), Monteneqro - 6 (6), Cəbəllütariq - 0 (6).