Belçika futbolçuları 1/4 finalda
Futbol üzrə 23-cü dünya çempionatında 1/8 finalın növbəti matçı baş tutub.
"Mediasport" xəbər verir ki, turnirə ev sahibliyi edən ölkələrdən ABŞ seçməsi Belçika yığması ilə üz-üzə gəlib.
Qarşılaşma Avropa təmsilçisinin 4:1 hesablı qələbəsilə başa çatıb.
Buna qədər Fransa, Mərakeş, Norveç, İngiltərə, İspaniya seçmələri artıq mundialın növbəti raunduna vəsiqəni təmin ediblər.
Xatırladaq ki, Dünya Kuboku iyulun 19-dək davam edəcək.


