Pley-offa çıxan ilk milli məlum oldu, Kanadadan Qətərə 6 qol

Pley-offa çıxan ilk milli məlum oldu, Kanadadan Qətərə 6 qol

Futbol üzrə 23-cü dünya çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, 2-ci turun ilk oyun günündə 4 qarşılaşma baş tutub.

Çexiya Cənubi Afrika millisinin müqavimətini qıra bilməyib (1:1)

İsveçrə Bosniya və Herseqovinanın qapısından 4 top keçirib (4:1).

Kanada 9 futbolçu ilə mübarizə aparan Qətəri 6:0 hesabı ilə darmadağın edib.

Ev sahiblərindən Meksika yığması isə minimal hesabla Cənubi Koreyanı üstələməklə pley-offa yüksələn ilk kollektiv olub.

DÇ-2026. 2-ci tur

A qrupu

Çexiya - Cənubi Afrika 1:1


Meksika - Cənubi Koreya 1:0

Xal durumu: Meksika - 6 xal, Cənubi Koreya - 3 xal, Çexiya - 1 xal, Cənubi Afrika - 1 xal

B qrupu

İsveçrə - Bosniya və Herseqovina 4:1


Kanada - Qətər 6:0

Xal durumu: Kanada - 4 xal, İsveçrə - 4 xal, Bosniya və Herseqovina - 1 xal, Qətər - 1 xal