Millimiz Gürcüstan yığmasına böyük hesabla məğlub oldu
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.
"Mediasport" xəbər verir ki, B Liqasının V qrupunda yer alan komandamızın rəqibi Gürcüstan futbolçuları olub.
Şimali Makedoniyanın Strumitsa şəhərindəki "Kukuş" stadionunda baş tutan görüş rəqibin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.
Xatırladaq ki, yığmamız daha əvvəl qrupda çıxdığı matçlarda Sloveniya (0:2) və Şimali Makedoniyaya (1:3) məğlub olub.
