Mahirin qolu sayılmadı, komandası dramatik oyunda uduzdu - VİDEO
Futbol üzrə Polşa Ekstraklasasında 3-cü turdan təxirə salınmış oyunlar keçirilib.
"Mediasport" xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Rakuv” doğma meydanda "Zaqlebye"ni qəbul edib.
Çenstoxova təmsilçisi dramatik görüşdə hesabı açan tərəf olsa da, matç qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 3:2.
Yığmamızın forvardının 58-ci dəqiqədə vurduğu qol isə ofsayd səbəbindən qeydə alınmayıb.
Emreli qarşılaşmanı əvəzlənmədən keçirib.
Aktivində 3 xalı olan "Rakuv" turnir cədvəlinin sonuncu - 18-ci pilləsində yer alıb.
Xatırladaq ki, Almaniyanın "Kayzerslautern" klubuna məxsus Emreli Polşada icarə əsasında oynayır.

