Cəlal Hüseynov 90 dəqiqə oynadı, "Arda" kubokda 1/4 finala çıxdı

Cəlal Hüseynov 90 dəqiqə  oynadı, "Arda" kubokda 1/4 finala çıxdı

Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov Bolqarıstanda növbəti uğurlu oyununu keçirib.

"Mediasport" xəbər verir ki, yığmamızın müdafiəçisinin formasını geyindiyi "Arda" ölkə kubokunda 1/4 finala yüksəlib.

Krjaali təmsilçisi Varnada "Çerno More"yə şans verməyib - 3:0.

22 yaşlı Cəlal 90 dəqiqəni əvəzlənmədən keçirib.