Millimizin futbolçusu mərc saytında qeydiyyatdan keçdiyini etiraf etdi: "Cəzasını yaşayıram"

Millimizin futbolçusu mərc saytında qeydiyyatdan keçdiyini etiraf etdi: "Cəzasını yaşayıram"

Türkiyə Futbol Federasiyasının Peşəkar Futbol İntizam Komitəsinin qərarı ilə 45 günlük futboldan uzaqlaşdırılan Azərbaycan yığmasının üzvü Mert Çelik mərc oyunları ilə əlaqədar vəziyyətini şərh edib.

"Mediasport" xəbər verir ki, "Sivasspor"un futbolçusu sosial şəbəkə hesabında narahatlıq keçirdiyini qeyd edib:

"Bir müddətdir adımın hallandığı və etibarıma zərər verən bu mövzu səbəbindən dərin narahatlıq içindəyəm.

Kiçik yaşda internet saytında qeydiyyatdan keçməyin illər sonra cəzasını yaşayıram.

Ailəmə, yaxınlarıma və bütün sivaslılara yaşatdığım bu vəziyyət qarşısındakı xəcalətimi sözlə ifadə etmək çətindir. Yenə də ən yüngül cəza ilə bu prosesi geridə qoymaq mənə müəyyən mənada təsəlli verir".

Qeyd edək ki, "Neftçi" və "Səbail"də forma geyinmiş Mert Çelik bu il Azərbaycanın əsas milli komandasının heyətində Belarus yığmasına qarşı yoldaşlıq görüşündə meydana çıxıb.