"Qarabağ"ın sabiq futbolçusu yenidən Türkiyədə oynayacaq

"Qarabağ"ın sabiq futbolçusu yenidən Türkiyədə oynayacaq

2020-2023-cü illərdə "Qarabağ"da forma geyinmiş Ovusu Kvabena yenidən türkiyədə çıxış edəcək.

"Mediasport" xəbər verir ki, qanalı hücumçu "Sakaryaspor"a keçib.

29 yaşlı forvard 1-ci liqa təmsilçisi ilə mövsümün sonunadək müqavilə bağlayıb.

Xatırladaq ki, Ağdam klubunda 43 oyun keçirmiş Ovusu son olaraq İsraildə "Makkabi"nin (Reyne) şərəfini qoruyub.

O, Türkiyədə daha əvvəl iki dönəm "Ankaragücü" komandasında oynayıb.