Azər Bağırovun "Kəpəz"lə müqaviləsində XÜSUSİ BƏND

 Azər Bağırovun "Kəpəz"lə müqaviləsində XÜSUSİ BƏND

"Kəpəz"in Premyer Liqada qalmasını təmin edən Azər Bağırovun Gəncə təmsilçisi ilə müqaviləsində xüsusi bənd var imiş.

Klubdan "Mediasport"a verilən məlumata görə, 2024-cü il sentyabrın 1-də "sarı-göylər"lə minimal maaş qarşılığında anlaşmaya qol çəkən mütəxəssisə əlavə bonus vəd olunub.

Razılaşma müqaviləyə bənd kimi salınıb. Şərt ondan ibarət olub ki, gənc çalışdırıcı "Kəpəz"i liqada saxlasa, 5 min manat mükafat alacaq.

Mütəxəssis gəncəlilərin arzusunu vaxtından əvvəl reallaşdırıb. Qərb təmsilçisi 34 turdan sonra 32 xal toplayaraq mövsümün başa çatmasına iki həftə qalmış elitada yerini qarantiləyib.

Hazırda turnir cədvəlində 8-ci pillədə qərarlaşmış komandanın sonda 7-ci yeri də tutmaq imkanı var.

Xatırladaq ki, yarışın sonuncusu olacağı dəqiqləşən "Səbail" Premyer Liqaya vilə vidalaşıb.