Millimiz dünya çempionatının seçmə mərhələsinə 3 xalla başladı

Millimiz dünya çempionatının seçmə mərhələsinə 3 xalla başladı

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası DÇ-nin seçmə qrup mərhələsində ilk oyununu keçirib.

"Mediasport" xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv C Liqasının 3-cü qrupu çərçivəsində Şimali Makedoniya futbolçularını qəbul edib.

"Dalğa Arena"da baş tutan matç komandamızın 2:0 hesablı qələbəsilə yekunlaşıb.

Qolların hər ikisini kapitan Sevinc Cəfərzadə vurub.

Yığmamızın qrupda növbəti sınağı martın 7-də Felksutda Macarıstana qarşı olacaq.

Qeyd edək ki, mundialın final mərhələsi 2027-ci il 24 iyun - 25 iyul tarixlərində 32 ölkənin iştirakı ilə Braziliyada təşkil olunacaq.

Millimiz qrup birincisi olsa, DÇ-nin əsas mərhələsinə yollanmaq üçün iki raundlu pley-off görüşlərində qüvvəsini sınamalıdır.


DÇ-2027. Seçmə mərhələsi. Avropa zonası. C Liqası, 3-cü qrup


Azərbaycan – Şimali Makedoniya 2:0

Qollar: Sevinc Cəfərzadə, 28, 78.

Azərbaycan: 1. Aytac Şərifova, 2. Alina Nəhmədova, 3. Jalə Məhsimova (18. Ayşən Salamzadə, 90+4), 4. Nigar Mirzaliyeva, 5. Ayşən Əhmədova, 7. Manə Mollayeva (10. Kristina Bakarandze, 90+4), 11. Vüsalə Seyfəddinova (19. Xanım Əsədova, 85), 23. Yeliz Acar (8. Aysun Muradova, 85), 14. Coşqunə Əliyeva (13. Nərgiz Hacıyeva, 76), 9. Sevinc Cəfərzadə (k), 20. Peritan Bozdağ.

Ehtiyat oyunçular: 12. Günay İsmayılova, 22. Nərgiz Əliyeva, 6. Mədinə Curuqova, 15. Kamilla Məmmədova, 16. Milana Rəhimova, 17. Vüsalə Hacıyeva, 21. Aydan Həsənova.

Baş məşqçi: Siyasət Əsgərov.

Şimali Makedoniya: 1. Viktoriya Pançurova (k), 5. Pavlinka Nikolovska (4. Katerina Petkova, 85), 6. Mila Paneva, 19. Simona Meyer, 21. Boyana Petkova (23. Kalina Popeski, 85), 7. Melaniya Qrozdanova (3. Ane Boşeska, 61), 8. Aleksandra Markovska, 14. Eva Veliçkovska (15. Elena Paneska, 74), 10. Teona Qalabovska, 9. Yilza Maksuti, 11. Hava Mustafa (13. Yovana Pavlovska, 61).

Ehtiyat oyunçular: 12. Vedrana Komnenova, 22. Berna Kabakçı, 2. Andrea Kolovska, 16. Kristina Krsteva, 17. Nastasya Nakova, 18. Xristina Yoşevska, 20. Vaska Vasileva.

Baş məşqçi: Aleksandar Andov.