Misir millisi 1/8 finalda

Misir millisi 1/8 finalda

Futbol üzrə 23-cü dünya çempionatında daha bir milli komanda 1/8 finala yüksəlib.

"Mediasport" xəbər verir ki, Misir yığması Avstraliya millisini penaltilər seriyasında məğlub edərək adını növbəti raunda yazdırıb (1:1, penaltilər - 4:2).

Xatırladaq ki, daha əvvəl yarışda İspaniya, Meksika, Norveç, Kanada, Braziliya, Paraqvay, Mərakeş, Fransa, İngiltərə, Belçika, ABŞ, Portuqaliya milliləri 1/8 finala adlayıblar.

Dünya Kuboku iyulun 19-dək davam edəcək.