İspaniya millisi 1/8 finala vəsiqəni asan qələbə ilə təmin etdi
Futbol üzrə 23-cü Dünya Kubokunda daha bir milli komanda 1/8 finala vəsiqə qazanıb.
"Mediasport" xəbər verir ki, favoritlərdən İspaniya yığması pley-offda Avstriya yığmasından üstün olub.
"Qırmızı furiya" rəqib qapısından 3 cavabsız top keçirib.
Xatırladaq ki, daha əvvəl mundialda Meksika, Norveç, Kanada, Braziliya, Paraqvay, Mərakeş, Fransa, İngiltərə, Belçika, ABŞ milliləri 1/8 finala adlayıblar.
Dünya Kuboku iyulun 19-dək davam edəcək.


