Özbəkistanın yekun heyəti bilindi: "Sabah"ın üzvü DÇ-də olmayacaq

Özbəkistanın yekun heyəti bilindi: "Sabah"ın üzvü DÇ-də olmayacaq

Özbəkistan milli komandasının DÇ-2026 üçün 26 nəfərlik yekun heyəti açıqlanıb.

"Sabah"da forma geyinən Umarali Raxmonaliyev yekun heyətə çağırılmayıb.

Fabio Kannavaronun baş məşqçisi olduğu komanda K qrupunda Portuqaliya, Konqo Demokratik Respublikası və Kolumbiya ilə üz-üzə gələcək.

Qapıçılar: Utkir Yusupov ("Navbahor"), Botirali Erqaşev ("Neftçi", Fərqanə), Abduvohid Nematov ("Nasaf");

Müdafiəçilər: Avazbek Ulmasəliyev (OKMK), Jahonqir Urozov ("Dinamo", Səmərqənd), Rustam Aşurmatov ("İstiqlal", İran), Umar Eşmurodov ("Nasaf"), Abdukodir Xusanov ("Mançester Siti"), Abdulla Abdullayev ("Dibba"), Farrux Sayfiyev ("Neftçi", Fərqanə), Xociakbar Əlicanov ("Paxtakor"), Şerzod Nasrullayev ("Paxtakor"), Behruz Kərimov ("Surxon").

Yarımmüdafiəçilər: Şerzod Esanov ("Buxara"), Odil Xamrobekov ("Traktor Sazi"), Akmal Mozqovoy ("Paxtakor"), Otabek Şukurov ("Baniyas"), Jamşid İsgəndərov ("Neftçi", Fərqanə), Aziz Qaniyev ("Əl Bataeh").

Hücumçular: Abbas Fayzullayev ("Başakşəhər"), Jaloliddin Maşaripov ("İstiqlal"), Doston Xamdamov ("Paxtakor"), Oston Urunov ("Persepolis"), Aziz Amonov ("Dinamo"), İqor Sergeyev ("Persepolis"), Eldor Şomurodov ("Başakşəhər").

Mediasport.com.az