Mahir Emreli Polşa klubunda növbəti qolunu vurdu - VİDEO
Futbol üzrə Polşa Yüksək Liqasında (Ekstraklasa) 16-cı turun oyunları keçirilir.
"Mediasport" xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Rakuv” doğma meydanda “Pyast”la qarşılaşıb.
Görüş rəqibin qələbəsi ilə yekunlaşıb - 1:2.
Ev sahiblərinin yeganə qolunu 77 dəqiqə meydanda olan Mahir Emreli vurub.
Bu, forvardın cari mövsümdə çempionatda 4-cü qolu olub.
“Rakuv” 15 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

