"Neftçi" azarkeşlərinə şad xəbər

"Neftçi" azarkeşlərinə şad xəbər

“Neftçi” rəsmi mağazası fəaliyyətə başlayıb.

"Mediasport" xəbər verir ki, rəsmi mağaza azarkeşlərə komandalarına və klub tarixinə olan bağlılıqlarını ifadə etmələri üçün geniş məhsul çeşidi təqdim edir.

Onlayn mağazada Bakı klubunun yeni mövsüm formaları, outlet kolleksiyası satışdadır.

Yaxın vaxtlarda aksesuarlar, hədiyyəlik məhsullar və daha çoxunu tapmaq mümkün olacaq.

Azarkeşlər xüsusi dizaynlar, yüksək keyfiyyətli məhsullar və klubun rəngləri ilə bəzədilmiş bir çox atributu “Neftçi”nin rəsmi mağazasında əldə edə biləcəklər.